EN

Ukraynalı deputat yol qəzasında ölüb


Ukraynanın İvano-Frankovsk vilayətində Ali Radanın “Səs” partiyasından olan deputatı Yaroslav Rusçinin yol qəzasında ölüb. Bu barədə Ukraynanın “Fokus” nəşri məlumat yayıb.
Qeyd olunub ki, Rusçinin idarə etdiyi motosiklet traktorla toqquşub. Qəza İvano-Frankovsk vilayətinin Babuxov kəndi yaxınlığında baş verib. Rusçinin tibb müəssisəsinə aparılarkən dünyasını dəyişdiyi bildirilir.

Mətləb

Chosen
98
6
baki-xeber.com

9Sources