ain.az, Konkret.az portalına istinadən məlumat yayır.
Ukraynanın İvano-Frankovsk vilayətində Ali Radanın “Səs” partiyasından olan deputatı Yaroslav Rusçinin yol qəzasında ölüb.
KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın “Fokus” nəşri məlumat yayıb.
Qeyd olunub ki, Rusçinin idarə etdiyi motosiklet traktorla toqquşub. Qəza İvano-Frankovsk vilayətinin Babuxov kəndi yaxınlığında baş verib.
Rusçinin tibb müəssisəsinə aparılarkən dünyasını dəyişdiyi bildirilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.