Diyarbakır-Batman avtomobil yolu üzərində yerləşən və Turkish Petroleum International Company (TPIC) tərəfindən istismar edilən Üçtepe-1 neft sondaj quyusunda gecə saatlarında naməlum səbəbdən yanğın baş verib.
Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir.
Hadisə yerinə dərhal təcili tibbi yardım, yanğınsöndürmə və jandarma qüvvələri cəlb olunub.
Yanğın nəticəsində 8 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Məlumata görə, ərazidəki işçilər neft vanasını bağlayaraq yanğının daha da böyüməsinin qarşısını alıblar.
Xeyrənsə Piriyeva