Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 25 iyul 2025-ci il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.
QHT.az xəbər verir ki, təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.