Konfrans Liqasının II təsnifat mərhələsində "Sabah" səfərdə "Petrokub"u məğlub edib.

Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyunu barədə fikirlərini bildirib:

"Rəqibi təhlil etmək üçün kifayət qədər materialımız var idi. Onlar bu oyuna kimi artıq 7 matç keçirmişdi. Bu oyunlar əsasında onları yaxşı təhlil etmişdik. Bura sadəcə müdafiə olunmağa yox, öz oyun üslubumuzu meydanda göstərmək üçünBəzən istədiyimizi tam göstərə bilmədik. İkinci hissədə isə, xüsusilə ilk 5-7 dəqiqədə, bir qədər çətinlik yaşadıq. Üzərində işləməli olduğumuz çox məqam var.  Avrokuboklarda səfərdə qalib gəlmək çox önəmlidir. Qapımızı toxunulmaz saxladıq, iki qol vurduq – bu yaxşı nəticədir, amma iş hələ bitməyib".