EN

Rusiyada qəzaya uğrayan təyyarədə bu ölkənin də vətəndaşı olub

Amur vilayətində qəzaya uğrayan An-24 təyyarəsinin göyərtəsində Çin vətəndaşı da olub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Amur vilayətindəki nümayəndəliyinə istinadən “RİA Novosti” məlumat yayıb.

Bildirilir ki, hazırda Rusiya diplomatları və Baş Konsulluq onun qohumlarını axtarır.

"Bəli, orada ÇXR vətəndaşı olub, nümayəndəlik ÇXR-in Baş Konsulluğu ilə əməkdaşlıq edir", - agentliyin mənbəsi bildirib.

Xatırladaq ki, “Anqara” aviaşirkətinin An-24 təyyarəsi cümə axşamı, iyulun 24-də Amur vilayətində Tındadan 15 kilometr aralıda qəzaya uğrayıb.

Chosen
114
39
publika.az

10Sources