EN

Makron: “Fransa Fələstini müstəqil dövlət kimi tanıyacaq” - FOTO

Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, ölkəsi Fələstini müstəqil dövlət kimi tanıyacaq. O bildirib ki, bu qərarla bağlı rəsmi açıqlamanı Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında verəcək.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.

Makronun sözlərinə görə, bu addım beynəlxalq hüquq normalarına əsaslanır və Fransa Fələstin xalqının dövlətçilik hüququnu tanıyır. O, eyni zamanda bildirib ki, Fələstinin tanınması Yaxın Şərqdə sülhə töhfə verməli və iki dövlətli həllə aparan prosesə dəstək olmalıdır.

Qeyd edək ki, 2025-ci ilin mart ayına olan məlumata görə, BMT-yə üzv olan 193 dövlətdən 147-si Fələstini suveren və müstəqil dövlət kimi tanıyıb. Fransa da bu qərarı ilə həmin ölkələrin sırasına qoşulmağa hazırlaşır.

 


Bizim.Media

Chosen
53
22
bizim.media

10Sources