EN

Goranboyda ailə FACİƏSİ: Yeniyetmə ana və nənəsi öldürdü

Goranboyda bir ailənin iki üzvü qətlə yetirilib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə,  hadisə Goranboy şəhərinin Mirzə Fətəli Axundov küçəsində baş verib. 

Belə ki, 1978-ci il təvəllüdlü L. İsmayılova və onun anası 1948-ci il təvəllüdlü T. İsmayılova bıçaqlanaraq öldürüldüyü bildirilir. 

Hadisəni L. İsmayılovanın yeniyetmə oğlunun törətdiyi ehtimal edilir. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.


Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
 

Chosen
37
3
bizim.media

4Sources