EN

ABŞ Makronun Fələstini tanımaq təşəbbüsünü dəstəkləmir

ain.az bildirir, Apa.az portalına istinadən.

Amerika Birləşmiş Ştatları Fələstin dövlətini tanımaq niyyətində olan Fransanı dəstəkləmir.

APA xəbər verir ki, bununla bağlı ABŞ dövlət katibi Marko Rubio “X” hesabında yazıb.

"Birləşmiş Ştatlar Fransa prezidenti Emmanuel Makronun BMT Baş Assambleyasında Fələstin dövlətini tanımaq planını qətiyyətlə rədd edir", - o bildirib.

Dövlət katibi Parisin qərarını ehtiyatsız adlandırıb və əlavə edib ki, bu, yalnız HƏMAS-ın təbliğatına xidmət edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
58
10
apa.az

10Sources