EN

Fransanın Fələstin qərarına İsraildən sərt reaksiya

Fransa Prezidenti Emmanuel Makron sentyabrda BMT Baş Assambleyasında Filistini dövlət kimi tanıyacaqlarını açıqlayıb. O, bu qərarın Yaxın Şərqdə “ədalətli və davamlı sülhə” sadiqlik olduğunu deyib və Qəzzada dərhal atəşkəs çağırışı edib.

Editor.az xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahu isə bu addımı “şiddətlə pisləyib”. O bildirib ki, 7 oktyabr qətliamından sonra Fələstin dövlətini tanımaq terroru təşviq edir və yeni bir İran dəstəkçisi yaradır. Netanyahuya görə, “fələstinlilər İsrailin yanında deyil, yerində dövlət qurmaq istəyirlər”.

//Mahir Ağa , Editor.az

Chosen
35
editor.az

1Sources