Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib.
AzPost bildirir ki, müvafiq sərəncamı Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb.
75 yaşlı Mixail Qusman 30 ilə yaxın TASS strukturlarında işləyib. 2000-ci ildən “Formula vlasti” teleserialının müəllifi və aparıcısıdır.
Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi (2001) və Rusiya Federasiyasının əməkdar jurnalistidir (2018).
"Cebheinfo.az"