EN

"Araz-Naxçıvan" avrokubok debütündə qələbə qazandı - QOLLAR+YENİLƏNİB

Bu gün Azərbaycan çempionatının bürünc mükafatçısı "Araz-Naxçıvan" tarixində ilk dəfə avrokubok matçına çıxıb.

Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Yunanıstanın "Aris" klubu ilə qarşılaşıb.

Cütün favoriti "Aris" sayılsa da, komandamız doğma divarlar arasında layiqli mübarizə apararaq geridönüş edib: 2:1

UEFA Konfrans Liqasının, ikinci təsnifat mərhələsi

Birinci oyun

20:00 "Araz-Naxçıvan" - "Aris" (Yunanıstan) 2:1

 

Qol: Felipe Santos, 75; Patrik Andrade, 78 - Loren Moron, 66.

  

Baş hakim: Andrey Kivulete (Rumıniya)

"Dalğa Arena" stadionu, Bakı

Heyətlər:

"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Ürfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 4. İqor Ribeyro, 77. Bruno Aleksandre, 19. Bar Kohen, 6. Patrik Andrade, 29. Vanderson, 70. Çarlz Boli, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala

Baş məşqçi: Elmar Baxşıyev

"Aris": 33. Giorgos Atanasiadis, 37. Hamza Mendil, 4. Fabiano Leymann, 14. Yakub Brabek, 27. Noa Fadiqa, 8. Monçu, 97. Fredrik Yensen, 10. Uroş Raçiç, 99. Kleyton Diandi, 7. Karles Peres, 80. Loren Moron

 

Baş məşqçi: Marinos Uzunidis

 

Offsideplus.az

Chosen
45
9
hurriyyet.az

10Sources