EN

“Sabah” “Petrokub”u səfərdə məğlub etdi

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Sabah” bu gün sözügedən turnirin 2025/2026 mövsümündə ilk matçına çıxıb.

Arena.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv 2-ci təsnifat mərhələsində Moldova təmsilçisi “Petrokub”la üz-üzə gəlib.

Paytaxt klubu bu rəqiblə səfərdə qarşılaşıb. İsrailli hakimlərin idarə etdiyi görüş “Sabah” üçün uğurlu alınıb. Bakılılar səfərdən inamlı qələbə ilə qayıtmaqla cavab görüşü öncəsi ciddi üstünlük qazanıblar.

Təmsilçimizin bu rəqiblərlə cavab görüşü gələn həftə baş tutacaq.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
24 iyul

Petrokub – Sabah 0:2
Qollar: Pavol Şafranko, 82. Kahim Parris, 90+1.
Hakimlər: Qal Leiboviç, Omer Barbiro və Yossi Babayof, Dekel Zino (hamısı İsrail).
Kişinyov. “Zimbru” stadionu.

Petrokub: 1. Silviu Şmalenya, 90. İon Jardan, 21. Maksim Potırnike, 24. Sedrik Nqa, 66. İon Borş, 11. Sergey Platika, 44. Cessi Cu, 39. Teodor Lunqu, 79. Viktor Boqaçuk, 13. Maksim Kojokaru, 23. Mihay Lupan.
Ehtiyat oyunçular: 31. Viktor Dodon, 32. Dmitri Koval, 3. Katalin Kukoş, 7. Dan Spetaru, 8. Dumitru Demian, 15. Petru Popesku, 17. Kristian Peskelutse, 19. Nikolae Rotaru, 27. Vadim Dijinar, 37. Dan Puşkaş, 77. Sergey Deçev.
Baş məşqçi: Şota Maxaradze.

Sabah: 92. Stas Pokatilov, 5. Rəhman Daşdəmirov, 3. Stiv Solve, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 10. Anatoli Nuriyev, 22. Zinədin Uld-Xaled, 13. İvan Lepinitsa, 70. Jesse Sekidika, 20. Coy Lens-Mikels, 18. Pavol Şafranko (k).
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 2. Amin Seydiyev, 6. Abdulla Xaybullayev, 7. Boyan Letiç, 8. Ayaz Quliyev, 11. Kahim Parris, 17. Tellur Mütəllimov, 33. Umarali Rahmonaliyev, 53. Andrey Viktor, 88. Xəyal Əliyev, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Valdas Dambrauskas.

Chosen
89
4
arena.az

10Sources