Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Sabah” bu turnirin 2025/2026-cı illər mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, paytaxt klubu bu turnirin 2-ci təsnifat mərhələsində Moldova təmsilçisi “Petrokub”la mübarizə aparıb.
“Sabah” bu rəqibinə qarşı Moldovada keçirdiyi ilk oyundan 2:0 hesablı qələbə ilə qayıtdığı üçün mərhələ adlamaq şansları daha yüksək qiymətləndirilirdi. Hətta “bayquşlar”ın doğma meydanda daha rahat qələbə qazanması proqnozlaşdırılırdı.
Masazırda keçirilmiş oyunu Serbiyadan olan hakimlər briqadası idarə edib. Beş qolun qeydə alındığı matçın yekununda darmadağına sevinən Azərbaycan təmsilçisi bu turnirin 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.
“Sabah” növbəti mərhələdə Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) görüşünün məğlubu ilə üz-üzə gələcək.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
31 iyul
Sabah – Petrokub 4:1
Qollar: Coy Lens Mikels, 22; 28; 45. Pavol Şafranko, 45+1 – Stiv Solvet, 42-öz qapısına.
Baş hakim: Danilo Nikoliç (Serbiya).
“Masazır Arena”.
Sabah: 92. Stas Pokatilov, 3. Stiv Solvet, 7. Boyan Letiç, 10. Anatoli Nuriyev, 13. İvan Lepinitsa, 18. Pavol Şafranko (k), 20. Coy Lens-Mikels, 22. Zinədin Uld-Xaled, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 80. Akim Zedadka.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 8. Ayaz Quliyev, 11. Kahim Parris, 17. Tellur Mütəllimov, 33. Umarali Rahmonaliyev, 53. Andrey Viktor, 88. Xəyal Əliyev, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Valdas Dambrauskas.
Petrokub: 1. Silviu Şmalenya, 11. Sergey Platika, 13. Maksim Kojokaru, 15. Petru Popesku, 19. Nikolae Rotaru, 23. Mihay Lupan, 39. Teodor Lunqu, 44. Cessi Cu, 66. İon Borş, 79. Viktor Boqaçuk, 90. İon Jardan (k).
Ehtiyat oyunçular: 31. Viktor Dodon, 32. Dmitri Koval, 3. Katalin Kukoş, 7. Dan Spetaru, 8. Dumitru Demian, 17. Kristian Peskelutse, 21. Maksim Potırnike, 24. Sedrik Nqa, 27. Vadim Dijinar, 37. Dan Puşkaş.
Baş məşqçi: Şota Maxaradze.