“Araz-Naxçıvan” bu gün Konfrans Liqasında II təsnifat mərhələsində ilk oyununa çıxıb.
Moderator.az xəbər verir ki, Naxçıvan təmsilçisi Bakıda “Aris”lə qarşılaşıb.
“Liv Bona Dea Arena”da baş tutan görüşə saat 20:00-da start verilib.
Gərgin keçən qarşılaşmada azarkeşlər 3 qola şahidlik ediblər. Oyun "Araz-Naxçıvan"ın 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasındakı cavab matçı iyulun 31-də Yunanıstanda baş tutacaq.