EN

“Araz-Naxçıvan” “Aris”i məğlub yola saldı

Azərbaycanı futbol üzrə Avropa Konfrans Liqasında təmsil edən “Araz-Naxçıvan” bu gün sözügedən turnirdə ilk matçına çıxıb.

Arena.az xəbər verir ki, Naxçıvan klubu bu turnirin 2-ci təsnifat mərhələsində Yunanıstanın “Aris” kollektivi ilə üz-üzə gəlib.

Bu komandalar arasındakı ilk oyun Mərdəkandakı “Dalğa Arena”da keçirilib. Oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edib. Üç qolluq görüşün yekununda Elmar Baxşıyevin yetirmələri əzmkar qələbəyə seviniblər.

Təmsilçimizin bu rəqiblə cavab görüşü bir həftə sonra Yunanıstanda baş tutacaq.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
24 iyul

Araz-Naxçıvan – Aris 2:1
Qollar: Felipe Santos, 75. Patrik Andrade, 78 – Loren Moron, 66.
Hakimlər: Andrey Çivulete, Mirça Mihail Qriqori, Andrey Qabriel Konstantinesku, Radu Petresku (hamısı Rumıniya).
Mərdəkan. “Dalğa Arena”.

Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənəlizadə, 4. İqor Ribetro, 6. Patrik Andrade, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 19. Bar Kohen, 29. Vanderson Melo, 34. Ürfan Abbasov (k), 70. Çarlz Boli, 77. Bruno Aleksander.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 7. Hamidu Keyta, 14. Ülvi İsgəndərov, 16. Ramon Maçado, 22. Elçin Mustafayev, 23. Nuno Rodriqes, 26. Ömər Buludov.
Baş məşqçi: Elmar Baxşıyev.

Aris: 33. Georgis Atanasiadis, 4. Fabiano, 7. Karles Peres, 8. Monçu (k), 10. Uroş Raçiç, 14. Yakub Brabeç, 27. Noa Fadiqa, 37. Hamza Mendil, 80. Loren Moron, 97. Fredrik Yensen, 99. Kleyton Diandi.
Ehtiyat oyunçular: 21. Lovro Maykiç, 91. Emilyano Karaj, 15. Alvaro Texero, 17. Martin Fridek, 18. Olimpiu Morutan, 24. Pedro Alvaro, 28. Dudu, 41. Kostas Xarupas, 70. Yannis Yanniotas, 77. Mixail Panagidis.
Baş məşqçi: Marinos Uzunidis.

Chosen
154
31
arena.az

10Sources