AZ

“Araz-Naxçıvan” “Aris”i keçdi, “Omoniya”ya rəqib oldu

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Araz-Naxçıvan” bu gün turnirin 2025/2026-cı illər mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Naxçıvan klubu turnirin 2-ci təsnifat mərhələsi çərçivəsində səfərdə Yunanıstanın “Aris” komandası ilə üz-üzə gəlib.

Elmar Baxşıyevin çalışdırdığı komanda bu rəqibə qarşı doğma meydanda keçirilmiş ilk oyundan qalib ayrılmışdı – 2:1. Saloniki təmsilçisi güclü azarkeş dəstəyi sayəsində Bakıdakı məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Amma səfərdə də inamlı çıxış edən Azərbaycan klubu bu dəfə də 2 qol vurmağı bacarıb. Düzdür, səfərdə bu üstünlüyü sonadək qorumaq mümkün olmayıb, amma 2:2 hesablı heç-heçə mərhələ adlamaq üçün yetərli olub.

Bu cütün qalibi Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Omoniya” (Kipr) – “Torpedo” (Gürcüstan) matçının qalibi ilə üz-üzə gələcəkdi. Sözügedən cütün qalibi də “Omoniya” olub. Bir sözlə, Naxçıvan klubu 3-cü raundda Kipr təmsilçisi ilə qarşılaşacaq.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
31 iyul

Aris – Araz-Naxçıvan 2:2
Qollar: Fabiano, 62. Monçu, 90 – Çarlz Boli, 11. Felipe Santos, 38-pen.
Qırmızı vərəqə: İqor Ribeyro, 52.
Baş hakim: David Dikkinson (Şotlandiya).
Saloniki. Kleantis Vikelidis stadionu.

Aris: 21. Lovro Maykiç, 4. Fabiano (k), 8. Monçu (k), 10. Uroş Raçiç, 18. Olimpiu Morutan, 24. Pedro Alvaro, 27. Noa Fadiqa, 28. Dudu, 37. Hamza Mendil, 70. Yannis Yanniotas, 80. Loren Moron.
Ehtiyat oyunçular: 33. Georgis Atanasiadis, 91. Emilyano Karaj, 9 Tino Kadevere, 14. Yakub Brabeç, 15. Alvaro Texero, 17. Martin Fridek, 41. Kostas Xarupas, 77. Mixail Panagidis, 97. Fredrik Yensen, 99. Kleyton Diandi.
Baş məşqçi: Marinos Uzunidis.

Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənəlizadə, 4. İqor Ribetro, 6. Patrik Andrade, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 19. Bar Kohen, 29. Vanderson Melo, 34. Ürfan Abbasov (k), 70. Çarlz Boli, 77. Bruno Aleksander.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 7. Hamidu Keyta, 14. Ülvi İsgəndərov, 16. Ramon Maçado, 17. İssuf Paro, 22. Elçin Mustafayev, 23. Nuno Rodriqes, 26. Ömər Buludov.
Baş məşqçi: Elmar Baxşıyev.

Seçilən
68
31
arena.az

10Mənbələr