Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Araz-Naxçıvan" bu gün avrokuboklarda mübarizəyə başlayıb.
QOL.az xəbər verir ki, Naxçıvan təmsilçisi Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Yunanıstan "Aris"i ilə qarşılaşır. "Dalğa Arena"da keçirilən görüş saat 20:00-da start götürüb. Matçı Rumıniyadan olan hakimlər briqadası idarə edir.
Bu komandalar arasında cavab görüşü isə iyulun 31-də Yunanıstanda oynanılacaq və Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Cütün qalibi 3-cü təsnifat mərhələsində "Omonia" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün üstünü ilə üz-üzə gələcək.
Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar
24 iyul
20:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) - 2:1 (İkinci hissə)
Qollar: Loren Moron, 66 (0:1), Felipe Santos, 75 (1:1), Patrik Andrade, 78 (2:1)
Hakimlər: Andrey Kivulete, Mirça Mihail Qriqoriu, Andrey Qabriel Konstantinesku, Radu Petresku (Rumıniya)
"Dalğa Arena"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.