"Səbail"dən ayrılan Rüfət Abdullazadənin yeni klubu məlum olub.
Bizim.Media xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi karyerasını Xorvatiyada davam etdirəcək. Rüfət "Varajdin"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycanın U-21 millisinin sabiq üzvü olan 24 yaşlı futbolçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Varajdin" ötən mövsüm Xorvatiya çempionatını 4-cü pillədə başa vurub. Komanda UEFA Konfrans Liqasında mübarizə aparacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media