"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib.
Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi polşalı qolkiper Kaçper Rosa ilə anlaşıb. 30 yaşlı qapıçı ilə bir illik müqavilə imzalanıb.
Kaçper Rosanın son klubu vətənində yüksək liqa təmsilçisi "Motor" olub. Rosa 2024/2025-ci illər mövsümündə 17 çempionat matçında komandasının qapısını qoruyub.