EN

"Qarabağ"dan açıqlama: Zədələ futbolçuların durumu ağır deyil

"Qarabağ" UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Şelburn"la qarşılaşıb.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, bu görüşdə zədələnən futbolçuların durumu ağır deyil.

Azərbaycan çempionunun futbolçuları - müdafiəçi Dani Bolt və yarımmüdafiəçi Leandro Andrade ikinci hissədə zədələnərək meydanı tərk ediblər. Klubdan verilən məlumata görə, Andradenin zədəsi ciddi deyil. Dani Boltun durumuna isə tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, "Qarabağ" İrlandiyada keçirilən oyunda "Şelburn"u 3:0 hesabı ilə məğlub edib. Bu komandalar arasındakı cavab görüşü iyulun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

İdman.biz

Chosen
43
1
idman.biz

2Sources