EN

Kanalizasiya quyusundan 3 fəhlənin cəsədi tapıldı

Rusiyanın paytaxtı Moskvada tikinti sahəsinin yaxınlığındakı kanalizasiya quyusunda üç fəhlənin cəsədi tapılıb.

News24.az Lent.az-a istinadla bildirir ki, ilkin məlumata görə, onlar iş görərkən ölüblər. Ancaq ölümün dəqiq səbəblərini məhkəmə-tibb ekspertizaları müəyyən edəcək.

İstintaq Komitəsi artıq Cinayət Məcəlləsinin 216-cı maddəsi - ehtiyatsızlıqdan üç nəfərin ölümünə səbəb olan tikinti və ya digər işlərin görülməsi zamanı təhlükəsizlik qaydalarını pozma ilə cinayət işi açıb.


Chosen
18
5
news24.az

6Sources