Rusiyanın paytaxtı Moskvada tikinti sahəsinin yaxınlığındakı kanalizasiya quyusunda üç fəhlənin cəsədi tapılıb.
Azreform.info xəbər verir ki, onlar iş görərkən ölüblər. Ancaq ölümün dəqiq səbəblərini məhkəmə-tibb ekspertizaları müəyyən edəcək.
İstintaq Komitəsi artıq Cinayət Məcəlləsinin 216-cı maddəsi - ehtiyatsızlıqdan üç nəfərin ölümünə səbəb olan tikinti və ya digər işlərin görülməsi zamanı təhlükəsizlik qaydalarını pozma ilə cinayət işi açıb.(Lent.az)