EN

Azərbaycan axtarışa verilmiş Özbəkistan vətəndaşını ölkəsinə ekstradisiya edib

Bakı. Trend:

Özbəkistan Respublikasının Baş Prokurorluğu ilə cinayətkarlığaqarşı mübarizə sahəsində əməkdaşlıquğurla davam etdirilir. 1982-ciil təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Yusupov AmonbekAbdulxakoviçin (Yusupov Amonbek Abdulkhakovich) cinayətməsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətinBaş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının BaşProkurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluqdan Trend-əverilən məlumata görə, Özbəkistanda Prezidentin şərəf və ləyaqətinialçaltma cinayətinin törədilməsində təqsirləndirilərək,dövlətlərarası axtarışa verilmiş A.A.Yusupov cari ilin aprel ayındaAzərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkantədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqimünasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasəntəqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbuledilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətininxüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasınınsəlahiyyətli orqanına təhvil verilib.

Məqalədə:
Chosen
67
50
az.trend.az

10Sources