AZ

Məşhur narkobaron Rusiyaya ekstradisiya edilir

Tailand hakimiyyəti bu ilin aprelində beynəlxalq axtarışa verilmiş narkotik dəstəsinin lideri İqor Vıqovskini Rusiya Federasiyasına təhvil verəcək.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Rusiya Federasiyası Baş Prokurorluğunun təşəbbüsü ilə Tailand Krallığının səlahiyyətli orqanları Rusiya vətəndaşı İqor Vıqovskini deportasiya edəcəklər...” – press-relizdə deyilir.

İstintaqın məlumatına görə, həmin şəxs 2021-2022-ci illərdə Ulyanovsk və Samara vilayətlərində internet vasitəsilə narkotik vasitələrin satışı ilə bağlı cinayətkar dəstənin fəaliyyətinə rəhbərlik edib.

Məhkəmə əvvəllər dəstənin 8 üzvünü 6 ildən 8 ilə qədər həbs cəzasına məhkum etsə də, İqor qaçmağı bacarmışdı.

Seçilən
59
50
publika.az

10Mənbələr