EN

Reinteqrasiya tədbirləri nəticəsində bu il daha 89 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reinteqrasiya tədbirləri nəticəsində bu il daha 89 uşağın müəssisələrdən ailələrinə qayıdışı təmin edilib.

QHT.az xəbər verir ki, həssas qruplara aid uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması da əsas fəaliyyət istiqamətlərindən biridir. Agentliyin əməkdaşları tərəfindən bu məqsədlə həmin uşaqlar və ailələri ilə bağlı sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır.

Bu ilin ötən dövründə də 125 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınaraq, onların öz ailələrində saxlanması təmin olunub.

 

 

Chosen
50
8
qht.az

10Sources