AzVision.az xəbər verir ki, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi şəhərinin meri Kaxa Kaladze belə deyib.
İyulun 18-də Qerçinski Gürcüstanın “İnterpressnews” agentliyinə müsahibəsində bildirib ki, Gürcüstanı Aİ-yə daxil olmaq yoluna qaytarmağın yeganə yolu“repressiyaların dayandırılması, qanunsuz həbs olunanların azad edilməsi, repressiv qanunvericiliyin ləğvi və açıq dialoqun təminatıdır”.
“Məndən asılı olsaydı, təbii ki, onu qovardım. İlk növbədə, Gürcüstan dövlətçiliyinə hörmətlə yanaşmalıyıq və nə Aİ səfirinin, nə də heç bir ölkənin səfirinin ölkənin daxili siyasi proseslərinə qarışmağa, cəmiyyətdə qarşıdurmaya, qütbləşməyə rəvac verməyə haqqı yoxdur”,- Kaxa Kaladze vurğulayıb.
Onun fikrincə, səfir öz statusundan istifadə edərək Gürcüstana zərər vurmağa çalışır və ona yuxarıdan diktə olunanları yerinə yetirir.
Xatırladaq ki, 2024-cü ilin yazında Gürcüstan parlamenti xarici agentlər haqqında qanun qəbul edib. Bu qanun maliyyələrinin 20%-dən çoxunu başqa ölkələrdən alan özəl təşkilatlara və media qurumlarına şamil olunur. Bunun ardınca ölkədə kütləvi etiraz aksiyaları keçirilib və müxalifət bunu “rusiyapərəst” sənəd adlandırıb.
Bu ilin iyununda Aİ sammiti xarici təsirlərin şəffaflığı qanununa görə Gürcüstanın üzvlük prosesini dayandırmaqla hədələyib. Brüsselin iddiasına görə, bu qanun Avropa Komissiyasının (AK) Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı tövsiyələrindən kənara çıxır.
Maraqlıdır ki, ABŞ-də və Avropanın aparıcı ölkələrində bu qəbildən olan qanunlar Gürcüstanın tətbiq etdiyi qamnundan daha sərtdir. Amma nədənsə bu həqiqət gözardı edilir.
Sahil İsgəndərov
AzVision.az