EN

Pakistan XİN Rusiyaya başsağlığı verdi

BAKI, 24 iyul. TELEQRAF

"Amur vilayətində An-24 təyyarəsinin faciəvi qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirdi".

Teleqraf xəbər verir ki, bunu Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar "X" hesabında paylaşım edib.

"Bu dəhşətli qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Kədər anında biz rus dostlarımızın yanındayıq və bu dərin itki ilə bağlı matəmdəyik".

Qeyd edək ki, Amur vilayətində itkin düşən "Angara" şirkətinə məxsus Xabarovsk-Blaqoveşensk-Tinda marşrutu üzrə hərəkət edən An-24 təyyarəsinində səyahət edən 49 şəxs həlak olub.

Chosen
75
19
teleqraf.com

10Sources