Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Amur vilayətində baş vermiş təyyarə qəzası ilə bağlı Rusiyaya başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə XİN-in rəsmi "X" hesabında paylaşım edilib.
"Rusiya Federasiyasının Amur vilayətində təyyarə qəzası nəticəsində insanların faciəli ölümü bizi dərindən kədərləndirdi. Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - paylaşımda qeyd edilib.
Qeyd edək ki, Rusiyanın Amur bölgəsində “An-24” təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 49 nəfərin hamısı həlak olub.
Bizim.Media