EN

Cüdoçumuz erməni rəqibinə ipponla qalib gəldi

Azərbaycan cüdoçusu Məhəmməd Ağakişiyev (73 kq) Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında Ermənistandan olan rəqibinə ipponla qalib gəlib.

Bu barədə Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz Ermənistanı təmsil edən Tiqran Saruxanyanla qarşılaşıb. Rəqibinə ipponla qalib gələn cüdoçumuz 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, daha əvvəl Amin Mehdiyev (-81 kq) də 1/4 finala vəsiqə əldə edib.


Chosen
132
12
news24.az

10Sources