EN

Hindistan Rusiyanı partlayıcı maddələrlə təmin edir

Hindistan

Hindistan şirkəti Rusiyaya 1,4 milyon dollarlıq hərbi partlayıcı göndərib.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, Hindistan ABŞ-nın hədələrinə də məhəl qoymur.

Rusiyanın “Promsintez” şirkəti HMX və ya oktogen kimi tanınan bu qarışığın alıcısıdır. Aprel ayında isəUkrayna “Promsintez”ə məxsus zavoda dronlarla hücum edib.

ABŞ Müdafiə Texniki İnformasiya Mərkəzinin məlumatına görə, HMX raket və torpedo döyüş başlıqlarında, raket mühərriklərində, partlayıcı mərmilərdə və müasir hərbi sistemlər üçün plastik partlayıcılarda geniş istifadə olunur.

ABŞ hökuməti HMX-ni “Rusiyanın hərbi səyləri üçün kritik” kimi tanıyıb və maliyyə institutlarını bu maddənin Moskvaya satışını asanlaşdırmağa qarşı xəbərdarlıq edib.

Eyni zamanda, sanksiyalar üzrə ixtisaslaşmış üç hüquqşünas qeyd edib ki, ABŞ Maliyyə Nazirliyinin Rusiyaya HMX və analoji maddələr satanlara qarşı sanksiyalar tətbiq etmək hüququ var.

Onu da qeyd edək ki, HMX “yüksək partlayıcı” kimi tanınır, yəni tez partlayır və maksimum dağıntıya səbəb olmaq üçün nəzərdə tutulub.

Bundan əvvəl bildirilib ki, Hindistan ABŞ-nın ikinci dərəcəli sanksiyaları altına düşmək riskinə görə Rusiya neftindən imtina etməyə hazırdır.

ELÇİN
Chosen
85
1
reyting.az

2Sources