EN

Zelenski: İstanbul sülh danışıqları çərçivəsində Ukrayna 1000-dən çox əsiri geri qaytarıb

Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda əldə olunmuş razılaşmalar çərçivəsində Ukraynanın 1000-dən çox hərbçini əsirlikdən geri qaytardığını bildirib. Bu barədə dövlət başçısı sosial şəbəkə platforması X-də paylaşım edib.

“Bu gün İstanbulda razılaşdırılmış dəyişmə prosesinin artıq doqquzuncu mərhələsi baş tutdu. Ağır yaralı və xəstə müdafiəçilərimiz evə qayıdır,” – deyə Zelenski qeyd edib.

Prezidentin sözlərinə görə, bu proses nəticəsində minlərlə ailə öz yaxınlarına qovuşmaq sevincini yaşayıb.

“Bu, minlərlə ailə üçün doğmalarını yenidən qucaqlamaq deməkdir. Çoxları üç ildən artıqdır ki, əsirlikdə idi. Onların hər birinə tibbi və psixoloji yardım göstəriləcək. Ən önəmlisi isə odur ki, dəyişmə prosesi davam etməlidir və xalqımız evə qayıtmalıdır,” – deyə Zelenski əlavə edib.

Dövlət başçısı həmçinin bu mühüm humanitar missiyanın həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Chosen
112
editor.az

1Sources