ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan qazının Suriyaya tədarükünə avqustun 1-dən başlanması planlaşdırılır.
Bakupost.az xəbər verir ki, qaz Suriyaya Türkiyə üzərindən Kilis boru kəməri ilə tədarük ediləcək.
İlkin mərhələdə ildə 1,2 milyard kubmetr qazın tədarükü planlaşdırılır.
Yanacaq əsasən Suriyanın Hələb və Homs vilayətlərindəki qaz buxar elektrik stansiyalarında elektrik enerjisi istehsalı üçün istifadə olunacaq.
Türkiyənin BOTAŞ və Azərbaycanın SOCAR şirkətləri obyektin istismara verilməsi üçün son sınaqları və yoxlamaları həyata keçirirlər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.