EN

“Şelburn”un baş məşqçisi: “Qarabağ”a çox hörmət etdik”

“Nəticəyə görə məyusam. Əvvəlcə oyuna nəzarəti itirdik. İkinci hissədə oyunu ələ ala bildik, amma hesabı bərabərləşdirməyi bacarmadıq”.

Msport.az xəbər verir ki, bunu “Şelburn”un (İrlandiya) baş məşqçisi Co Obrayn Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la keçirilən ilk oyundan sonra deyib.

O, öz meydanlarında 0:3 hesabı ilə uduzduqları matçı belə şərh edib: “Rəqibin sürətini gördük. Belə olacağını bilirdik. Çünki onlar bu səviyyədə oynamağa öyrəşiblər. “Qarabağ”ın topla rəftarı, sürəti, ötürmələri, hər şey yerindədir. Birinci hissədə, bəlkə də, rəqibə çox hörmət etdik. Futbol meydanında hörmət qorxu deməkdir. Düşünürəm ki, səhv etməkdən qorxurduq. Biz fasilədə oyunumuzu dəyişdik, daha çox hücumda olduq və bir neçə qol fürsəti yaratdıq. İki forvardla hücuma çıxdıq. Bu cür fürsətləri dəyərləndirmək lazımdır”.

Baş məşqçi “Qarabağ”ın ikinci qolunda Kadi Borqesin ötürməsini qeyd edib: “Fikrimcə, fiziki cəhətdən yaxşı idik, amma o qol bizim əslində hansı formada olduğumuzu göstərdi. İkinci qolun ötürməsini verən rəqib futbolçusu yəqin ki, meydanda ən yaxşı oyunçu idi.  Komanda yoldaşını gördü və ötürməni düzgün hesablayaraq verdi. Amma sonuncu qol bizim səhvimiz idi”.

Qeyd edək ki,  komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Chosen
15
6
msport.az

7Sources