Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.
Yevlaxda qətl hadisəsi baş verib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, rayonun Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayev odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.
Onu tüfənglə qətlə yetirməkdə şübhəli bilinən isə həmkəndlisi, 1957-ci il təvəllüdlü Əli Rəsulovdur. Ə.Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.