EN

Elmar Baxşıyev: “Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”

"Sabahkı oyunun mahiyyətini həm futbolçular, həm biz yaxşı anlayırıq".

Bizim.Media xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Aris”lə ilk oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis evdəki oyunda uğurlu nəticəyə ümid edir:

"Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Ola bilər ki, təcrübəsiz görünürük. Amma oyuna tam hazırıq. Sabah uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Düşünürəm ki, “Araz-Naxçıvan” adına daha da artığını etməyə gücümüz var.
 

Bəzi futbolçularımız dəfələrlə belə yarışlarda iştirak ediblər. Hamısı mənim oyun fəlsəfəmə uyğundur. Oyundan-oyuna öz ustalıqlarını meydanda göstərməyə çalışırlar. Yaxşı kollektivimiz var və arzuolunan mühit formalaşdırmışıq. Düşünürəm ki, futbolçuların uyğunlaşma baxımından hər hansı problemi yoxdur".


Qeyd edək ki, “Araz-Naxçıvan”la “Aris” arasında ilk matç sabah "Dalğa Arena"da saat 20:00-da start götürəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
196
46
bizim.media

10Sources