EN

Müasir dövrdə əmək bazarının tələbləri sürətlə dəyişir – Deputat

Bakı. Trend:

Müasir dövrdə əmək bazarının tələbləri sürətlə dəyişir və budəyişikliklər gənclərin peşə seçiminə birbaşa təsir göstərir.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, texnologiyaların inkişafı, rəqəmsallaşma,avtomatlaşdırma, yaşlanmaqda olan əhali və pandemiya sonrasıiqtisadi transformasiyalar həm yeni ixtisaslara tələbat yaradır,həm də bəzi ənənəvi sahələrdə müxtəlif peşələrə tələbatın azalmasıilə nəticələnir:

“Bu dəyişikliklər fonunda gənclərin peşə seçimi trendləri dənəzərəçarpacaq dərəcədə yenilənir. Bugünkü əmək bazarıdaİnformasiya Texnologiyaları (IT) sahəsində mütəxəsislərə ehtiyacdavamlı şəkildə artır. Misal üçün proqramlaşdırma,kibertəhlükəsizlik, məlumat analitikası və süni intellekt üzrəmütəxəssislərə böyük ehtiyac duyulur”.

Deputat qeyd edib ki, IT-nın inkişafı son illərdə gənclərin peşəseçimi trendlərində bəzi mühüm dəyişikliklər müşahidə olunur:

“Xüsusilə qeyd etmək lazımdır ki, rəqəmsal sahəyə maraq getdikcəartır”.

Deputat əlavə edib ki, təəssüf ki, informasiyatexnologiyalarının sürətli inkişafı bir çox ölkədə olduğu kimi,Azərbaycanda da əmək bazarı ilə təhsil sistemi arasındauyğunsuzluqların yaranmasına gətirib çıxarır:

“Universitetlərdə tədris olunan ixtisasların bəziləri real bazarehtiyaclarını əks etdirmir. Bu da məzunların işsizlik səviyyəsiniartırır və gəncləri əlavə bacarıqlar əldə etmək üçün qeyri-formaltəhsil yollarına yönəldir.

Bu baxımdan təhsil sistemi ilə əmək bazarı arasındauyğunlaşdırılmanın aparılması önəmlidir. Bu məqsədlə universitetlərvə peşə məktəbləri ilə işəgötürənlər arasında sıx əməkdaşlıqqurulmalıdır. Eyni zamanda karyera yönümlü təlimlər və məsləhətxidmətləri genişləndirilməlidir”.

A.Həsənova əlavə edib ki, bununla yanaşı texniki və peşə yönümlüsahələr də öz aktuallığını qoruyub saxlayır və bu sahədə dəbacarıqlı mütəxəsislərə tələbat böyükdür:

“Elektrikçi, qaynaqçı, mexanik, avtomobil ustası və digərpeşələr əmək bazarında stabil yer tutur. İşğaldan azad edilmişərazilərdə aparılan bərpa və quruculuq işləri peşə təhsillimütəxəssislərə tələbatı daha da artırır.

Bu gün Azərbaycanda inkişaf edən sahələrdən biri də turizmdir.Turizm məkanlarının, restoranların, turistlərin sayı artır, ancaqturistlərə göstərilən xidmət hələ də lazımi səviyyədə deyil. Bu dahəmin sahədə olan mütəxəsislərin sayının az olmasından, onlarınhazırlıq səviyyəsinin aşağı olmasından irəli gəlir. Digər sahələrdədə bununla bağlı misallar gətirmək olar”.

Deputat vurğulayıb ki, gənclər peşə seçimini şüurlu şəkildəetməlidirlər:

“Təəssüflər olsun ki, ölkəmizdə problemlərdən biri dəvalideynlərin övladlarının peşə və təhsil seçiminə müdaxiləsidir.Valideyinlər övladlarını əsasən ali təhsilə kökləyirlər.Valideynlər övladlarının biliyin, potensialın, intellektualimkanların nəzərə almadan sadəcə diplom xatirinə övladlarını alitəhsilə istiqamətləndirirlər. Lakin gələcəkdə övladının işlə təminolunub-olunmaması, o işin öhdəsindən gəlib-gəlməməsi valideynlərimaraqlandırmır. Bu istiqamətdə də maarifləndirmə işininaparılmasına ehtyac var”.

Chosen
48
3
az.trend.az

4Sources