EN

“Aris”in baş məşqçisi: “Növbəti mərhələyə vəsiqə qazanmağa çalışacağıq

Idman.biz saytına istinadən ain.az xəbər verir.

“Konfransa gecikdiyimiz üçün üzr istəyirik”.

İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, bunu Yunanıstan təmsilçisi “Aris”in baş məşqçisi Marinis Uzunidis Bakıda “Araz-Naxçıvan”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Tədbirə nəzərdə tutulduğu vaxtdan 20 dəqiqə gec gələn 57 yaşlı mütəxəssis vacib oyuna çıxacaqlarını bildirib: “Bu gün məşq edəcəyik. Artıq sabah vacib görüşümüz var. Biz də həmin oyuna hazırlaşacağıq”.

O, Bakıya daha əvvəl də səfər etdiklərini xatırladıb: “Qəbələ”yə qarşı oynamışdıq. Sabah bizi çəyin oyun gözləyir. “Araz-Naxçıvan”ın ötən mövsümdən bir neçə və bu ilki yoldaşlıq oyunlarından ikisini izləmişik. Əlimizdən gələni edərək, növbəti mərhələyə vəsiqə qazanmağa çalışacağıq”.

Qeyd edək ki, “Araz-Naxçıvan” və “Aris” arasında ilk görüş iyulun 24-də "Dalğa Arena"da keçiriləcək. Matçın start fiti saat 20:00-da səslənəcək.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
1
icma.az

3Sources