EN

Daha 3445 qadın özünüməşğulluq proqramına cəlb olunub

Bu ilin ötən dövründə daha 3445 qadın Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, seçimlərinə əsasən onlardan 1938-i kənd təsərrüfatı, 1507-i isə istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini yaratmaları üçün proqrama cəlb ediliblər.

Proqram iştirakçıları üçün əvvəlcə təlimlər təşkil olunur və kiçik biznesin təşkili və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələnirlər. Təlimləri başa vuranlar seçdikləri iqtisadi fəaliyyət növü üzrə aktivlərlə təmin olunurlar.

Chosen
99
6
vergiler.az

7Sources