AZ

Daha 3 min 445 qadın özünüməşğulluq proqramına cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramında qadınların da fəal iştirakı təmin olunur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Operativ Media-ya verilən məlumata görə, bu ilin ötən dövründə proqrama cəlb edilənlərdən 3 min 445 nəfərini qadınlar təşkil edib.

Seçimlərinə əsasən onlardan 1938-i kənd təsərrüfatı, 1507-si isə istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini yaratmaları üçün proqrama cəlb olunublar.

Proqram iştirakçıları üçün əvvəlcə təlimlər təşkil edilir, kiçik biznesin təşkili və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələnirlər. Təlimləri başa vuranlar seçdikləri iqtisadi fəaliyyət növü üzrə aktivlərlə təmin olunurlar.

Seçilən
105
6
operativmedia.az

7Mənbələr