Bakı. Trend:
Qanazlığı vaxtında aşkarlandıqda və düzgün müdaxilə olunduqdauşağın sağlam inkişafı bərpa olunur və fəsadların qarşısıalınır.
Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımdanazirliyin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriyaİnstitutunun pediatrı Xalidə Hacıyeva bildirib ki, qanazlığı,xüsusilə 6 aydan 5 yaşa qədər olan uşaqlarda daha çox müşahidəolunur:
“Bu yaş dövrü uşağın orqanizminin daha intensiv böyüməsi iləəlaqədar dəmir və digər qida maddələrinə olan ehtiyacın artdığı birmərhələdir”.
Onun sözlərinə görə, bu dövrdə uşaqların əlavə qidaya keçidi,qida vərdişlərinin formalaşması düzgün aparılmaması nəticəsindəuşaqda dəmir çatışmazlığı yarada bilir: “Məktəb yaşlı uşaqlarda dabənzər problemlər, xüsusilə qeyri-sağlam qidalanma vərdişlərisəbəbindən ortaya çıxır”.
Pediatrq bildirib ki, valideynlər ev şəraitində diqqətli olduqdaqanazlığının ilkin əlamətlərini hiss edə bilərlər: “İlkin olaraquşaqlarda iştahasızlıq olur, tez yorulur, daha çox halsız görünürvə oyun oynamaq istəmir. Üzündə və dodaqlarında solğunluq nəzərəçarpır, iştahası zəifləyir, saçları tökülür, dərisi quruyur. Bəzənuşaq torpaq, kağız, buz kimi qida olmayan əşyaları yeməyə meyilliola bilər. Belə hallar valideyn üçün xəbərdarlıq siqnalı olmalı vəmütləq həkimə müraciət edilməlidir”.
X.Hacıyeva qeyd edib ki, qan analizi vasitəsilə dəmirinsəviyyəsi və qan göstəriciləri yoxlanılaraq diaqnoz təsdiqlənəbilər: “Qanazlığı vaxtında aşkarlandıqda və düzgün müdaxiləolunduqda uşağın sağlam inkişafı bərpa olunur və fəsadların qarşısıalınır”.