EN

100 minə yaxın qanunsuz tikilmiş evlər sənədləşdiriləcək - Əmlak Xidməti rəsmən açıqladı

"Azərbaycanda daşınmaz əmlak obyektləri üzərində hüquqların rəsmiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin iyulun 16-da imzaladığı fərman 100 minə yaxın vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaradacaq".

“Bu sənəd əslində amnistiya xarakteri daşıyır. Əvvəllər hüquq müəyyənedici sənəd hesab edilməyən bəzi arayış və sənədlərə bu status verilməklə, vətəndaşlara əmlaklarını rəsmiləşdirmək imkanı yaradılır. Proqnozlara əsasən, bu dəyişikliklər 100 minə yaxın ailəyə hüquqi qeydiyyatla bağlı imkanlar təqdim edəcək”.

O, əlavə edib ki, Azərbaycanda texniki pasportu olan tikililərin qeydiyyatı üçün prosedurlar sadələşdiriləcək: "Yeni qaydalara əsasən, 2021-ci il yanvarın 1-dək texniki inventarlaşdırma idarələri tərəfindən verilmiş və tərkibində torpaq sahəsinin ölçüləri göstərilən çıxarış və pasport sənədləri hüquq müəyyənedici sənəd kimi qəbul olunacaq. Həmin sənədlərlə müraciət edən vətəndaşlar eyni zamanda həm torpaq sahəsini, həm də tikilini qeydiyyatdan keçirə biləcəklər. Bundan sonra qeydiyyat üçün tikilinin əvvəlcədən sistemdə tanınıb-tanınmaması şərti aradan qaldırılır”.

MİA.AZ

Chosen
28
mia.az

1Sources