EN

Almaniya Türkiyəyə 40 “Eurofighter” döyüş təyyarəsinin satışına razılıq verib - KİV

Bakı. Trend:

Almaniya Federal Təhlükəsizlik Şurası Türkiyəyə 40 ədəd“Eurofighter” döyüş təyyarəsinin satışı ilə bağlı Ankaranınsorğusunu müsbət cavablandırıb.

Trend xəbərverir ki, bu barədə “Spiegel” qəzeti məlumat yayıb.

“Eurofighter” döyüş təyyarələri Almaniya, İngiltərə, İtaliya vəİspaniyanın yer aldığı konsorsium tərəfindən istehsal edilir. Qəzet40 təyyarənin ümumi dəyərinin təxminən 4,75 milyard avro olduğunubildirib.

Xatırladaq ki, Almaniya Kansleri Fridrix Merts LondondaBritaniyanın Baş naziri Keir Starmer ilə birgə mətbuata bəyanatında“Eurofighter” təyyarələrinin Türkiyəyə satışı ilə bağlı müsbətmövqe nümayiş etdirmişdi. Kansler bu barədə sualı cavablandırarkənixracla bağlı müsbət qərarın qəbulu istiqamətində irəliləyişlərinolduğunu vurğulamışdı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da son açıqlamalarınınbirində “Eurofighter” təyyarələrinin yaxın vaxtda alınacağınaümidvar olduğunu açıqlamışdı.

Chosen
104
9
az.trend.az

10Sources