Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5,7 %, 2026-cı ildə isə 5,3 % ətrafında olacağı gözlənilir.
Operativ Media bu barədə AMB-yə istinadən xəbər verir.
Xatırladaq ki, bu ilin aprel ayında qurum illik inflyasiyanın 2025-ci ildə 5,3 %, 2026-cı ildə isə 4,3 % ətrafında olacağını açıqlamışdı.