“Zartonk” partiyasının iddiasına görə, Paşinyan sosial şəbəkələrdə hüquq-mühafizə və məhkəmə orqanlarına ictimai cinayət təqibinin başlanması, yüksək rütbəli din xadimlərinin saxlanması və həbsi barədə göstəriş verib.
“Ermənistanın baş naziri öz hərəkətləri ilə qanunvericilik prinsipini, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin bölünməsinin konstitusiya prinsipini pozub, həmçinin ədalət mühakiməsinin həyata keçirilməsinə müdaxilə edib”,- şikayətlərin müəllifləri yazırlar.
![]() |
Paşinyan EAK-ın rəhbərinə qarşı aksiya hazırlayıb |
Ermənistanın baş naziri iyulun 20-də sosial şəbəkələrdə EAK-ın rəhbəri, bütün ermənilərin katolikosu II Qareginin Eçmiədzindəki iqamətgahından qovulmasına hazırlaşmağa çağırıb.
Sahil İsgəndərov
AzVision.az