EN

Çempionlar Liqası: “Qarabağ” “Şelburn” səfərində – YENİLƏNİR

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayacaq.

İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisi 2-ci təsnifat mərhələsində “Şelburn”la ilk oyuna çıxacaq. İrlandiyanın paytaxtı Dublindəki “Tolka Park”da keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. 

Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. 

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar

22:45. “Şelburn” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Ante Çulina, Luka Puşiç, İvan Mihali, Mateo Erceq 

VAR: Mario Zebec

AVAR: Tixomir Pejin

“Tolka Park”, Dublin, İrlandiya.

Chosen
47
13
idmanxeber.az

10Sources