“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununa çıxıb.

Rekord.az xəbər verir ki, “köhlən atlar” səfərdə İrlandiyanın “Şelburn” klubu ilə üz-üzə gəlib.

Xorvatiyalı referi Ante Kulinanın idarə etdiyi matç Dublindəki “Tolka Park” arenada baş tutub. Azərbaycan çempionu bu oyunda 3 cavabsız qolla qalib gələrək növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib.

Komandalar arasında cavab görüşü iyulun 30-da Bakıda keçiriləcək.

Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun

23 iyul

Şelburn – Qarabağ 0:3
Qollar: Leandro Andrade, 12. Aleksey Kaşuk, 81. Nəriman Axundzadə, 85.
Baş hakim: Ante Çulina (Xorvatiya).

Şelburn: 19. Lorkan Holi, 2. Çon Qannon, 4. Kameron Ledvic, 29. Patrik Barret (k), 3. Tirek Uilson, 7. Harri Vud, 6. Conatan Lunni, 23. Kerr Maklenroy, 14. Alister Kute, 27. Evan Ceffri, 11. Ademipo Odubeko.
Ehtiyat oyunçular: 13. V.Spil, 50. A.Topçu, 5. E.Çapman, 8. M.Koyle, 9. Ş.Boyd, 10. C.Martin, 15. S.Bon, 16. C.O'Sullivan, 17. D.Kelly, 18. C.Norris, 24. L.Temple, 49. R.Offor.
Baş məşqçi: Cosef O'brayen.
Qarabağ: 97. Fabian Buntiç, 18. Dani Bolt, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 27. Toral Bayramov, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 11. Emmanuel Adday, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateuş Koxalski, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Ayxan Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bəhlul Hüseynov, 81. Kevin Medina.
Baş məşqçi: Qurban Qurbanov.