EN

Türkiyə hipersəs raketi TAYFUN Blok-4-ü təqdim etdi - VİDEO

İstanbulda keçirilən 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF) Türkiyənin Roketsan şirkəti ilk dəfə özünün hipersəs raketi TAYFUN Blok-4-ü nümayiş etdirib.

Bizim.Media xəbər verir ki, raketin kütləsi 7,2 ton təşkil edir. Raketin 6 Max sürəti var və 1800 km məsafədəki hədəfləri məhv edə bilir.

Döyüş başlığının gücü isə 750 kiloqramdır.
 

TAYFUN Blok-4 İsrailə cəmi 2-3 dəqiqəyə çata bilir, hədəfdən yayınma isə 10 metr-dən çox olmur. Belə sürət və dəqiqliklə hədəfin təxliyəyə vaxtı qalmır.


Bundan əlavə, Roketsan yeni "hava-hava" raketi GÖKBORA-nı da təqdim edib. Bu raket pilotsuz qırıcı Bayraktar KIZILELMA və beşinci nəsil qırıcı KAAN-ın daxili bölmələrindən buraxılış üçün hazırlanıb.


Bizim.Media

Chosen
39
15
bizim.media

10Sources