EN

“Koroğlu” körpüsünün üzərində yol-nəqliyyat hadisəsi baş verdi

BAKI, 22 iyul. TELEQRAF

Bakının Heydər Əliyev prospektindəki “Koroğlu” körpüsünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Polis əməkdaşları hadisə yerindədir, evakuator cəlb olunaraq yolun hərəkət hissəsinə aşan nəqliyyat vasitəsinin yoldan kənarlaşdırılması, eləcə də sıxlığın aradan qaldırılması üçün işlər görülür.

Chosen
6
16
teleqraf.com

10Sources