AZ

Bakıda baş verən qəzalar VİDEO

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

"Unikal" xəbər verir ki, müraciətdə deyilir:

"Tələsirlər, ara məsafəsi saxlamırlar. Nəticədə qəzalar baş verir. 

Yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəblərindən biri də bəzi sürücülərin hərəkət zamanı düzgün ara məsafəsi saxlamamasdır.

Müşahidə kameraları vasitəsi ilə qeydə alınan qəzaların təhlili göstərir ki, bu cür hadisələr, xüsusilə paytaxtın Heydər Əliyev, 8 Noyabr prospektləri, Aeroport və Mərdəkan şoseləri, həmçinin Buzovna-Zuğulba və digər yollarda qeydə alınır. 

Bununla yanaşı, müşahidələr onu da deməyə əsas verir ki, bəzi sürücülər yolun sol hərəkət zolağında sürətlə hərəkət edirlər, düzgün ara məsafəsi saxlamamaqla yanaşı, qarşıda sıxlıq yarandıqda və hər hansı bir maneə ilə qarşılaşdıqda qəfil və məcburi tormozlama nəticəsində zəncirvari qəzalara səbəb olurlar. Bu kimi hadisələr, təəssüf ki, bəzən ölüm və ya xəsarətlə nəticələnir.

NİİM bir daha “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin müvafiq bəndini sürücülərin diqqətinə çatdıraraq bildirir ki, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyat vasitəsini sərt tormozlamaq qadağandır".

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt ərazisində baş verən bəzi qəzaların görüntüsünü də yayıb:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
10
unikal.az

10Mənbələr